top of page
Search

Yolda kreslo qoyub oturdu – nə üçün həbs edildi?

  • Apr 1
  • 1 min read

Son günlərdə mediada yayılan məlumata görə, 1988-ci il təvəllüdlü A.C. ictimai asayişi pozduğu üçün saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri əsasında məhkəmə qərarı ilə 8 gün inzibati həbs cəzası verilib. Bu hadisə hüquqi baxımdan inzibati xətalara görə məsuliyyət məsələsini gündəmə gətirir.

A.C. içkili halda yolun ortasına kreslo qoyaraq oturmuş və bu, ictimai asayişi pozan hərəkət (xırda xuliqanlıq) kimi qiymətləndirilmişdir. Polis əməkdaşları onu ərazidən uzaqlaşdırsa da, o, daha sonra "Koroğlu" metrostansiyası yaxınlığında bir qəzet köşkündə çalışan qadına sataşaraq, onu narahat etmişdir. Şikayət əsasında polis onu saxlayıb və barəsində inzibati protokol tərtib edilib.


Qanunvericiliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən  Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur.


  535.1-ci maddəyə görə  isə Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur.


Bu hadisə göstərir ki, ictimai yerlərdə asayişi pozan və polis əməkdaşlarının qanuni tələblərinə əməl etməyən şəxslər inzibati məsuliyyət daşıyır. Belə halların qarşısının alınması üçün vətəndaşlar ictimai davranış qaydalarına riayət etməli və hüquq-mühafizə orqanlarının qanuni göstərişlərinə əməl etməlidirlər.

 

 
 
bottom of page