top of page
Search

Nazirlər Kabinetində “işə düzəlmək” baha başa gəldi

  • Jan 7
  • 2 min read

Son zamanlar 2023-cü ilin yanvar-fevral aylarında, Bakının Nərimanov rayonu, "Margarita" restoranı qarşısında baş verən dələduzluq hadisəsi yenidən gündəmə gəlib. Elşən Ağayev, Nazirlər Kabinetində işə düzəlmək adı altında tanışı S.Məmmədovdan 40 min manat pul alıb. Lakin bu vəd özünü doğrultmadığı üçün Məmmədov, Ağayev barədə polisə şikayət edib.

HAB olaraq hadisənin hüquqi aspektlərinə nəzər saldıq.

Elşən Ağayevin S.Məmmədova yalan vəd verərək 40 min manat alması, Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən dələduzluq cinayəti hesab olunur. Məcəllə dələduzluğa belə anlayış verir dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə. Əməlin ağırlığından asılı olaraq tətbiq edilən cəzaların ağırlığı dəyişir Məhkəmə prosesi nəticəsində, Elşən Ağayevin, qarşı tərəfə vurduğu ziyanı tam ödədiyi məlum olduğu üçün məhkəmə bu halı nəzərə alaraq . Ağayevə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Azadlığın məhdudlaşdırılması cəzasının anlayışı Cinayət Məcəlləsinin 52-1-ci  maddəsinə əsasən belədir: Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Bu cəza ilə Ağayevin gecə saatlarında yaşadığı yeri tərk etməsi, ictimai tədbirlərdə iştirak etməsi qadağan edilib. Nəticədə, o, məhkəmə zalından sərbəst buraxılıb ancaq onun aşağıdakı vəzifələri vardır.

· yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək;

· elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək;

· məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək;

· müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq.

· Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər:

· kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək;

· məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək;

· alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək;

· məhkumun islah olunmasına kömək edən digər vəzifələr.

Dələduzluq hadisəsi yalnız hüquqi baxımdan deyil, həm də sosial baxımdan ciddi nəticələrə gətirib çıxara bilər. Cinayətkarların yalan vəd verməsi, insanların etibarını qırır və cəmiyyətin güvənini zəiflədir. Bu növ cinayətlərin qarşısının alınması üçün hüquq-mühafizə orqanları və məhkəmə sistemi müvafiq tədbirlər görməlidir. Həmçinin, vətəndaşların hüquqi savadını artırmaq və onları dələduzluq hallarından qorumaq üçün maarifləndirmə işləri vacibdir. Dələduzluğun qarşısını almaq məqsədilə, insanlar işə düzəlmə, maliyyə yardımı və digər əhəmiyyətli məsələlərdə verilən vədləri daha diqqətlə qiymətləndirməli və şübhəli hallarda hüquq-mühafizə orqanlarına müraciət etməlidir.

 
 
bottom of page