"TikTok-da Əxlaq və Qanun Sərhədləri"
- Dec 25, 2024
- 1 min read
Sosial şəbəkələr, xüsusilə “TikTok”, müasir dövrdə cəmiyyətə çoxşəxli təsir göstərən bir platformaya çevrilmişdir. Gənclər arasında geniş yayılması və istifadə imkanlarının artması bu platformalarda etik normalara uyğun olmayan, hətta qanunsuz məzmunların yayılmasına şərait yaratmışdır. HAB olaraq bu məsləyə 24 dekabr 2024-cü il tarixində Daxili Işlər Nazirliyi tərəfindən “TikTok”-da Əxlaqsızlığı təbliğ etdikdə ittiham olunan şəxslərin tutulması kontekstində, bu hərəkətlərin qanuni qiymətləndirilməsinə nəzər salacağıq.

Əxlaqsızlığı təbliğ etmə hərəkətləri iki tərəfdən qiymətləndirilə bilər:
1.Cinayət Məcəlləsi: Maddə 244-ə əsasən, Əxlaqsızlıq yuvalarını təşkil və saxlanması cinayət hesab olunur. Bu maddə ictimai əxlaqi dəyərlərin qorunmasını hədəfləyir və bu kimi hərəkətlər cəmiyyət üçün ciddi təhlukə hesab edilir.
2.Inzibati Xətalar Məcəlləsi: Maddə 510-ə görə, xırda xuliqanlıq – yüksək ictimai təhlukəsizlik təşkil etməyən, lakin ictimai qaydaları pozan hərəkətlər – inzibati cəza tətbiq edilməklə nizamlanır. Sosial mediada bu cür davranışlar ictimai qayda və əxlaq qaydalarına zidd hərəkətlər kimi qiymətləndirmək mümkün ola bilər.
Dövlət orqanları sosial mediada qeyri-qanuni məzmunlara nəzarət etmək və bu kimi halların yayılmasını qarşısını almaq üçün monitorinq siyasəti aparır. Lakin tədbirlər ifadə azadlığını pozmamaqla yanaşı, ictimai əxlaqı qorumaq məqsədi daşımalıdır. Maarifləndirmə tədbirləri, qanun pozuntularının qarşısını almaq baxımından zəruridir.
_3x%20(1)_edited_edited.png)


