top of page
Search

Şantaj və dələduzluqdan hüquqi müdafiə

  • Jan 24
  • 1 min read

Son dövrlərdə ölkəmizdə məşhurlarla əlaqəli olan bir neçə şantaj və dələduzluq hadisəsi baş verib. Bunlardan biri də Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndinin şantajla üzləşməsi ilə bağlıdır. Emin Məmməd oğlu Əfəndi polisə müraciət edərək, 19 yanvar 2025-də vatsap vasitəsilə naməlum şəxsdən təhdid aldığını, Miri Yusifin videolarını yayacağı ilə hədələsi ilə ondan 1000 manat pul tələb etdiklərini bildirmişdir. Hüquq Araşdırma Bürosu (HAB) olaraq, bu kimi halların qanunvericilikdə necə tənzimləndiyinə nəzər salacağıq.



Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182-ci maddəsində Hədə-qorxu ilə tələb etməyə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə kimi anlayış verilmişdir. Bu anlayışdan belə başa düşülür ki, şantaj, yalnız birbaşa şəxsin özünü deyil, onun yaxınlarını və sosial əlaqələrini də hədəf alır. İşin hallarından asılı olaraq bu cinayətin cəzası 3 ildən 17 ilə qədər azadlıqdan məhrum etmə ola bilər.


Emin Əfəndinin başına gəlmiş hadisədə dələduzluq cinayətinin də amilləri mövcuddur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178-ci maddəsinə əsasən Dələduzluq etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə kimi başa düşülür. Cinayətin nüanslarından asılı olaraq bu əməlin cəzası min manatdan iki min manatadək miqdarda cərimə ilə on dörd ilədək müddətə azadlıqdan məhrum etmə arasında dəyişə bilər.


Nəticə olaraq, şantaj və dələduzluq halları cəmiyyətin təhlükəsizliyini və ədalət prinsipini təhdid edir. Bu növ cinayətlərin qarşısını almaq üçün, hüquqi sistemin gücləndirilməsi və cəmiyyətin hüquqla bağlı daha çox məlumatlı olması zəruridir.

 
 
bottom of page